Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
“Leonardo” Baş direktoru Roberto Cinqolani “Baykar”ın müəssisəsini ziyarət edib və şirkətin PUA-lar seriyasını araşdırıb. “Leonardo” mənbəsi sinerji axtarmağa böyük marağın olduğunu deyib.
“Gabbiano” radarı kimi havadakı elektronika və sensorlar üzrə ixtisaslaşan şirkət radarı “Eurodrone”da quraşdırmağı planlaşdırır.
“Leonardo”nun bu sistemləri “Baykar” PUA-larına da yerləşdirə biləcəyi bildirilir.
“Cinqolaninin məntiqi budur ki, texnologiya baxımından sinerji ehtimalı olmalıdır və “Leonardo”nun “Rheinmetall” ilə əməkdaşlığında olduğu kimi kommersiya sinerjisinə də bu əsasda baxmaq olar”, - deyə mənbə qeyd edib.
Sevinc Əliyeva
Ordu.az