Şimali Koreya istehsalı olan YARS Rusiyada aşkarlanıb

2025/01/1737782144.jpg
Oxunub: 560     15:42     27 Yanvar 2025    
Şimali Koreyanın kamuflyaj edilmiş Yaylım Atəşli Reaktiv Sistemi (YARS) sistemi Rusiyada aşkarlanıb.

Ordu.az xəbər verir ki, Şimali Koreyanın 122 mm-lik YARS-ı Rusiyada mülki yük maşını kimi kamuflyaj edilmiş şəkildə görünüb.

“Milinfolive” “Telegram” kanalının paylaşdığı videoya görə, bu sistem Ukrayna sərhədinə yaxın ərazidə görüntülənib.

Şimali Koreya bu sistemin kamuflyaj edilmiş versiyasını ilk dəfə 2023-cü il sentyabrın 8-də Pxenyanda Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaranmasının 75-ci ildönümü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirib.

Sözügedən YARS mülki yük maşınının şassisinə quraşdırılıb və onun xarici görünüşü tamamilə adi bir yük maşınına bənzəyir.

Bu yanaşmanın vasitənin hərbi mahiyyətini gizlətmək və peyk, yaxud adi müşahidə sistemləri tərəfindən aşkarlanmasını çətinləşdirmək üçün seçildiyi düşünülür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YARS   Şimali-Koreya  


Bizi "telegram"da izləyin