ABŞ-nin aviasiya nəhəngi “Boeing” zərərlə üzləşir

2025/01/1737781846.jpg
Oxunub: 524     16:09     28 Yanvar 2025    
ABŞ-nin aviasiya nəhəngi “Boeing” ötən ilin dördüncü rübündə hər səhmə görə 5,46 dollar zərər gözlədiyini bildirib.

Ordu.az xəbər verir ki, “Boeing” ötən ilin dördüncü rübündə işçi tətilləri, bəzi müdafiə, kosmos və təhlükəsizlik proqramları ilə bağlı xərclər və işdən çıxarılma ilə əlqədar itki gözlədiyini bildirib.

“Boeing” şirkəti ötən ilin yekun rübü üzrə maliyyə nəticələri ilə bağlı ilkin məlumatlarını paylaşıb.

Şirkətdən verilən açıqlamada “Boeing”in ötən ilin son rübündə 15,2 milyard dollar gəlir əldə etməyi proqnozlaşdırdığı bildirilib.

Açıqlamada şirkətin eyni dövrdə hər bir səhm üçün 5,46 dollar zərərlə üzləşməsinin gözlənildiyi qeyd edilib.

Vurğulanır ki, əmək tətilləri, bəzi müdafiə, kosmik və təhlükəsizlik proqramları ilə bağlı xərclər, ixtisarla əlaqədar xərclər şirkətin maliyyə nəticələrinə təsir edib.

Açıqlamada, həmçinin qeyd olunub ki, sözügedən dövrdə 3,5 milyard dollarlıq mənfi nağd pul axını da gözlənilir.

“Boeing”in dördüncü rüb üzrə mənfəət hesabatını yanvarın 28-də açıqlayacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boeing   ABŞ  


Bizi "telegram"da izləyin