Platformaya inteqrasiya edilmiş mühərriklər
• TUNA: “BMC Power” tərəfindən istehsal edilib. “Vuran”, “Kirpi”, yük və personal maşınlarında istifadə olunur.
• PD170: TEI tərəfindən istehsal edilib. “Anka”, “Aksungur”, “Bayraktar TB3” aparatlarında istifadə olunur.
• PG50: TEI tərəfindən istehsal edilib. KARGI vasitəsində istifadə olunur.
• KTJ3200: KALE AR-GE tərəfindən istehsal edilib. “Atmaca”, SOM raketlərində istifadə olunur.
• KTJ1750: KALE AR-GE tərəfindən istehsal edilib. “Çakır” raketində istifadə olunur.
• KTJ3700: KALE AR-GE tərəfindən istehsal edilib. “Kara Atmaca” raketində istifadə olunur.
• TS1400: TEI tərəfindən istehsal edilib. “Gökbey” helikopterində istifadə olunur.
İnkişaf etdirmə mərhələsində olan mühərriklər
• “Utku”: “BMC Power” tərəfindən inkişaf etdirilir. Yeni nəsil yüngül zirehli tırtıllı vasitələrdə və “Fırtına” haubitsasında istifadə olunacaq.
• “Batu”: “BMC Power” tərəfindən inkişaf etdirilir. “Altay” tankı və gövdəsini istifadə edəcək köməkçi vasitələrdə istifadə olunacaq.
• PD222: TEI tərəfindən inkişaf etdirilir. “Anka”, “Aksungur” və “Bayraktar TB3” aparatlarında istifadə olunacaq.
• “Azra”: “BMC Power” tərəfindən inkişaf etdirilir. Tank daşıyıcı vasitə, yük və personal vasitələri, yeni nəsil təkərli 6x6 və 8x8 vasitəsində istifadə olunacaq.
• “Levend”: “BMC Power” tərəfindən inkişaf etdirilir. “Marlin” Silahlı İnsansız Dəniz Platforması (SİDP) və evakuator vasitələrində istifadə olunacaq.
• “Mavi Batu”: “BMC Power” tərəfindən inkişaf etdirilir. MİLGEM və SG600 gəmilərində istifadə olunacaq.
• X7 Seriyası: TÜMOSAN tərəfindən inkişaf etdirilir. Xüsusi təyinatlı taktiki təkərli zirehli vasitədə istifadə olunacaq.
• MARİN X7: TÜMOSAN tərəfindən inkişaf etdirilir. “Ulaq” SİDP və evakuator vasitəsində istifadə olunacaq.
• Hibrid Hərəkət Sisteminin İnkişaf etdirilməsi: ASELSAN və “Base Studio” tərəfindən inkişaf etdirilir. 8x8 yeni nəsil yüngül zirehli vasitədə istifadə olunacaq.
• TF10000: TEI tərəfindən inkişaf etdirilir. “Kızılelma” və “Anka 3” vasitəsində istifadə olunacaq.
• “Kaan” mühərriki: TEI və “TR Motor” tərəfindən inkişaf etdirilir. “Kaan” təyyarəsində istifadə olunacaq.
• MMU APU60: “TR Motor” tərəfindən inkişaf etdirilir. “Kaan” təyyarəsində istifadə olunacaq.
• “Hürjet APU40”: “TR Motor” tərəfindən inkişaf etdirilir. “Hürjet” təyyarəsində istifadə olunacaq.
Dəyanət Ağalarlı
Ordu.az