KARAT İnfraqırmızı Axtarış və İzləmə Sistemi – O, bir IRST növüdür (FOTOLAR)

2024/03/1711134338.jpg
Oxunub: 1688     14:09     23 Mart 2024    
“Karat” İnfraqırmızı Axtarış və İzləmə Sistemi pilotlu/pilotsuz döyüş təyyarəsi sistemləri, sabit qanadlı və kvadrokopter tipli təyyarələr və Pilotsuz Uçuş Aparatları (PUA) üçün inteqrasiya olunmuş platforma kimi hazırlanan hava hədəfləri üçün infraqırmızı axtarış, aşkarlama və izləmə sistemidir.

“Karat” IRST (Infrared Search and Tracking) adlı sensor sisteminin bir növüdür. IRST sistemi hədəfləri aşkar etmək və izləmək üçün infraqırmızı şüalardan istifadə edir. IRST hədəfin mühərriklərindən, istilik sistemlərindən və ya sürtünmə kimi amillərdən istilik buraxılmasını aşkarlayır. Bu məlumatlar hədəfin yerini və hərəkətini təyin etmək üçün kompüterlər tərəfindən işlənir.

Bu, adi radar sistemlərindən fərqli olaraq, hədəfin elektromaqnit dalğaları yaymadığı halları əhatə edir. IRST xüsusilə düşmən hava vasitələrinin radar əks tədbirləri gördüyü hallarda əhəmiyyətli bir üstünlük təmin edir.

İstifadə Sahələri

“Hava – Hava” Hədəflərinin Axtarışı, Aşkarlanması və İzlənməsi
Yüksək performanslı LWIR Diapazon IR Görüntüləmə
Üstün Hədəf Aşkarlama Mənzili


Faydaları:

Radar sistemləri ilə müqayisədə IRST sistemi zəif görünən hədəfləri daha yaxşı aşkar edə bilir. Bu, düşmən hava vasitələrinin radar siqnallarını bloklayaraq və ya əks etdirərək, gizlənməyə cəhd etdiyi hallarda üstünlük təmin edir. IRST elektromaqnit dalğalarından istifadə etmədiyi üçün düşmənin elektromaqnit aşkarlama sistemlərinə qarşı səssizdir. Bu, düşmənin aşkarlama ehtimalını azaldır.


Ümumi Xüsusiyyətlər

Aşağı Radara Görünmə Qabiliyyətli yeni nəsil döyüş təyyarələri üçün üstün aşkarlama mənzili
Aşağı Radar Görünüşü üçün qranit pəncərə quruluşu
İstifadəçi tərəfindən seçilə bilən darama sahəsi
Darama sahəsində avtomatik hədəf aşkarlama və izləmə
Tək/Çoxlu hədəf izləmə
Platformanı görmə xəttinə istiqamətləndirmə
Geniş Darama Sahəsi, Aşağı Darama Vaxtı
Dar/Geniş Baxış Sahəli Görüntüləmə
Aşkar edilən hədəflər üçün bucaq mövqeyi məlumatının verilməsi
Aşkar edilən hədəflər üçün passiv məsafənin qiymətləndirilməsi
Rəqəmsal video çıxışı
Təkmil görüntü işləmə
Dəqiq stabilizasiya


Düşmənın radar əks tədbirləri (jamming) və ya stels texnologiyalardan istifadə etməsinə baxmayaraq, IRST istilik izlərini izləyə bilər.


IRST passiv sensor olduğundan, düşmən tərəfindən aşkarlanma riskini azaldır və elektromaqnit dalğalarından istifadə etmədən öz yerini təyin edə bilir. Ümumiyyətlə, IRST sistemləri aşağı görünmə qabiliyyətindən və elektromaqnit aşkarlama sistemlərinə müqavimətdən istifadə edərək, düşmən təyyarələrinin aşkarlanması və izlənməsində mühüm rol oynayır.

Texniki Xüsusiyyətlər

Detektor: Ayırdetmə qabiliyyəti - 640×512, 15 µm
Əməliyyat Diapazonu: LWIR
Baxış Bucaqları: Dar: 4,0°x3,2° (HxV), Geniş: 8,0°x6,4° (HxV)
Ərazi Darama Vaxtı ≤ 30 Saniyə
Rabitə/Video İnterfeysi: “Fiber Ethernet”
Güc İnterfeysi: MIL-STD-704F, 28VDC
Ölçü: En ≤ 590 mm, Hündürlük ≤ 600 mm, Dərinlik ≤ 540 mm, Çəki ≤ 50 kq
Temperatur: MIL-STD-810G, İşləmə: -46°C ilə +70°C arası, Saxlama: -54°C-dən +71°C arası
Soyutma İnterfeysi: Maye Soyutma İnterfeysi


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KARAT   IRST  


Bizi "telegram"da izləyin