Pilotlu və pilotsuz döyüş təyyarəsi sistemləri üçün unikal həll – “Toygun” Elektro-Optik Sensor Sistemi (FOTOLAR)

2024/02/toyun-8544637655.jpg
Oxunub: 1542     12:41     15 Mart 2024    
“Toygun” Elektro-Optik Sensor Sistemi pilotlu və pilotsuz döyüş təyyarəsi sistemləri üçün hazırlanacaq təyyarə ilə inteqrasiya olunmuş elektro-optik sensor və hədəfləmə sistemidir.

İstifadə Sahələri

Hədəfləmə
Kəşfiyyat və Müşahidə


Ümumi Xüsusiyyətlər

Video Yayımı Yaratma Tapşırığı:

MW İnfraqırmızı Görüntüləmə: Sistemin MWIR diapazonunda görüntüləmə həyata keçirə bilməsi üçün yüksək ayırdetmə qabiliyyətinə malik (ən azı 1280×1024 ayırdetmə qabiliyyətində) termal detektordan istifadə ediləcək.

Görüntü İşləmə: MWIR görüntü kanalında təsvirin təkmilləşdirilməsi (kənar-künc hamarlama, görüntü kəskinləşdirimə, histoqram bərabərləşdirmə, qara/ağ balanslaşdırma, duman, çiskin və atmosfer təsirlərini ortadan qaldırma/minimuma endirmə, “supperresolution”, turbulent düzəldici və hədəf qiymətləndirməsi) funksiyaları tətbiq olunacaq. Hərəkət edən və sabit hədəfləri aşkar etmək və izləmək qabiliyyətinə malik olacaq.

Lazerlə İşarələmə Tapşırığı: Lazerlə idarə olunan sursatların hədəfi dəqiq vurmasını təmin etmək üçün hədəf üzərində lazer işarələməsi edilə bilər. Lazer işarələməsi 1064 nm dalğa uzunluğunda aparılacaq və NATO STANAG 3733 ilə uyğun olacaq.

Lazer Məsafə Tapma Tapşırığı: Hədəfin məsafə məlumatını təmin etmək üçün lazer məsafə tapma vəzifəsini yerinə yetirə biləcək. Hədəf məsafəsi ən azı 35 km məsafəyə qədər dəqiqliklə tapıla bilər.

Lazer Nöqtə İzləmə Tapşırığı: Başqa bir platforma tərəfindən işarələnmiş hədəfi aşkar etmək və izləmək mümkün olacaq.

Daxili Uyğunlaşdırma Tapşırığı: Xarici avadanlıqlara ehtiyac olmadan termal görüntüyə uyğun olaraq Lazer İşarələyici və Lazer Hədəf izləmə bölmələrini uyğunlaşdıracaq.

Görmə Xəttinə Nəzarət Tapşırığı: Verilmiş koordinat, sürət tələbi və mövqe tələbinə uyğun olaraq görmə xətti istiqamətləndiriləcək və görmə xəttinin stabilizasiyası təmin ediləcək.

Naviqasiya və Hədəfin Qiymətləndirilməsi Tapşırığı: Yer üzündəki hədəfin koordinatları daxili GPS/xarici INS/platforma naviqasiya məlumatı/daxili ətalətli ölçü vahidinin dəstəyi ilə hesablanacaq.

Video Hədəf İzləmə: Sistem hərəkət edən və sabit hədəfləri görüntünün ortasında saxlayaraq, sürət, oriyentasiya və koordinasiya məlumatlarını hesablayacaq və onları xarici dünya ilə paylaşacaq.

Simbologiyanın Yaradılması Tapşırığı: Hədəf, Orientasiya və Kamera Vəziyyəti məlumatları görüntü çıxışlarında mətn və qrafiklərlə göstəriləcək.

Xarici Dünya Əlaqəsi Tapşırığı: Güc, görüntü ötürülməsi, GNSS Antenası, rabitə və idarəetmə siqnalları üçün xarici interfeyslər olacaq.


HD IR Kamera: Sensor Ayırdetmə Qabiliyyəti - 1280×1024, Dalğa uzunluğu - MWIR
Lazer Məsafəölçən və Hədəf Müəyyənləşdirici, Dalğa uzunluğu: 1064 nm, Mənzil: 35 km-ə qədər, NATO STANAG 3733 ilə uyğun
Güc İnterfeysi: 270 VDC
Enerji İstehlakı: 1000 Watt
Ölçü:
Sensor Bölməsi: Hündürlük - 710 mm, En - 550 mm, Dərinlik - 815 mm
Fasetli Şüşə Modul: Hündürlük - 285,7 mm, En - 618,4 mm, Dərinlik - 800,3 mm
Çəki: Sensor Bölməsinin çəkisi - 120 kq (maksimum), Fasetli Şüşə Modulun çəkisi - 22 kq,
İşləmə Temperaturu: -40°C ilə +70°C arası



Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Toygun   MW  


Bizi "telegram"da izləyin