Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirir.
"Biz rus və türk hərbi qulluqçuların Dağlıq Qarabağda atəşkəs və hərbi əməliyyatların dayandırılması rejiminin qorunub saxlanılmasına nəzarət ümumi vəzifəsini yerinə yetirdikləri Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəyik. Vəziyyətin monitorinqi gecə-gündüz pilotsuz uçuş aparatları, xüsusən də "Forpost" və "Orlan-10" PUA kompleksləri vasitəsilə həyata keçirilir. Atəşkəs rejiminin pozuntuları qeydə alınmayıb", - deyə Birgə Mərkəzin rus nümayəndəsi, polkovnik Mixayil Zavalkin bildirib.
Sevinc Əliyeva
Ordu.az