Qarabağda daha 15 erməni hərbi qulluqçunun meyiti tapılıb

2020/11/3ryUi-1606387631.jpg
Oxunub: 7364     10:41     30 Yanvar 2021    
Yanvarın 29-da axtarış işləri nəticəsində 15 erməni hərbi qulluqçunun meyiti tapılıb.

Ordu.az xəbər verir ki, hərbi əməliyyatlar zamanı məhv edilmiş bir erməni hərbi qulluqçunun meyiti Xocavənd rayonundan, 13-ü isə Cəbrayıl rayonundan tapılıb.

Bir erməni hərbi qulluqçunun meyitini isə Azərbaycan tərəfi erməni tərəfinə təhvil verib. Meyitin kimliyini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Yanvarın 29-na olan məlumatlara görə, axtarış işləri nəticəsində 1344 erməni meyiti tapılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin