Aİ azad edilmiş ərazilərdə layihələr həyata keçirə bilər

2021/01/59625-1611910306.jpg
Oxunub: 27734     12:50     29 Yanvar 2021    
Avropa İttifaqı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələr həyata keçirə bilər.

Ordu.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Azərbaycanın bütün ərazilərində layihələrin həyata keçirilməsi mümkündür.

“Azad edilmiş ərazilər təhlükəsiz olduqdan, insanlar ora qayıtdıqdan sonra bizim layihələrimizin orada vüsət alması yaxşı olar. Aİ-nin yüksək rütbəli məmurlarının qeyd etdiyi kimi qurum münaqişənin hərtərəfli həlli, bərpa işlərinin aparılmasını, qarşılıqlı etimadın qurulmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. Amma başa düşürük ki, bunun üçün vaxt lazımdır. Bunlar tez baş verməyəcək. Qeyd etdiyim şərtlərin təminindən sonra layihələrin həyata keçirilməsi mümkün olar”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin