“Qarabağda azı 6 min erməni hərbçisi ölüb” - Ayk Xaçikyan

2021/01/35189-1611507957.jpg
Oxunub: 1626     20:18     24 Yanvar 2021    
"Mənim müşahidələrimə əsasən, Ermənistan tərəfinin itkiləri altı mindən az olmamalıdır"

Ordu.az xəbər verir ki, bunu hərbi analitik Ayk Xaçikyan deyib. O hesab edir ki, Ermənistanın baş nazir müavininin müharibə zamanı verilən itkilərin təxminən dörd min nəfər olmasına dair bəyanatı həqiqəti əks etdirmir.

Xaçikyanın sözlərinə görə, bu, o vaxt doğru olardı ki, hərbi itkilərin hesablanması metodologiyası təqdim olunardı: "Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, müharibədə həlak olanların və Dağlıq Qarabağda dəfn olunanların nəzərə alınıb-alınmadığı məlum deyil".

"Azərbaycan tərəfi əsas itkiləri müharibənin əvvəlində müdafiə xəttini yarmağa çalışarkən verib. Bundan sonra pilotsuz zərbə təyyarələrini daha çox ərazidə, o cümlədən artilleriyanın məhv edilməsi üçün tətbiq etmək imkanı əldə etdi və bu da rəqibin itkilərinin sayına ciddi təsir göstərdi", - deyə erməni hərbi analitik əlavə edib.

Xatırladaq ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Dağlıq Qarabağda 3439 erməni hərbçisinin meyitinin tapıldığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qarabağ  

“Qarabağda azı 6 min erməni hərbçisi ölüb” - Ayk Xaçikyan

2021/01/35189-1611507957.jpg
Oxunub: 1627     20:18     24 Yanvar 2021    