Rusiya parlamentinin spikeri: “Qarabağ atəşkəsi Putinin qəbul etdiyi vacib qərarlardandır”

2018/06/15214-1529914400_1529916454.jpg
Oxunub: 10167     15:35     25 Dekabr 2020    
“Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən Qarabağda atəşin dayandırılması barədə razılaşmanın əldə edilməsini Rusiya prezidenti Vladimir Putinin qəbul etdiyi ən vacib qərarlardan biri hesab etmək olar, bu, gələcək faciədən yayınmağa imkan verdi”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

O qeyd edib ki, üçtərəfli bəyanatı imzalamaq mümkün olmasaydı, Rusiya öz sərhədlərinin birbaşa qonşuluğunda böyük problem alacaqdı. Lakin ən ağrılısı davam edən insan itkiləri olacaqdı.

Volodinin sözlərinə görə, Putinin səyləri sayəsində vəziyyəti sabitləşdirmək, sülh proseslərinə başlamaq və münaqişə tərəflərini danışıqlar masası ətrafında oturtmaq mümkün olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ   Volodin  


Bizi "telegram"da izləyin