“İrates” nəşri yazır ki, bu təklifdə Şuşanı təhvil vermək məsələsi olmayıb, əvvəlcə 5, sonra 2 rayon təhvil verilməli idi və qaçqınlar Şuşaya qayıtmalı idilər.
Nikol Paşinyan Putinin bu təklifini rədd etdikdən sonra Milli Təhlükəsizlik Şurasının iclasını çağırır və bildirir ki, Rusiya prezidentindən belə bir təklif alıb və bu istiqamətdə düşünür.
“Paşinyan məntiqlidir, nə deyə bilərsən. Lakin yalanın ölçüsü getdikcə daha da böyüyür.
Milli Təhlükəsizlik Şurasının iclasından sonra Onik Qasparyanın iştirakı ilə Baş Qərargahın iclası çağrılır. Bu dəfə də Nikol Paşinyan hərbçilərə deyir ki, Əliyev Putinin təklifinə razı olmayıb. Yəni, rədd cavabına haqq qazandırmaq üçün iki müxtəlif yalan uydurub. Məhv etmək daha necə olur?”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu
Ordu.az