Ermənistan ordusunda kapitan xəstə əsgərə qarşı zorakılıqlar edib - DETALLAR

2019/04/34534-1554892213.jpg
Oxunub: 7841     16:29     10 Aprel 2019    
Ermənistan ordusuna məcburi hərbi xidmətə çağrılmış sıravi əsgər Narek Qriqoryan, hərbi çağırışçı kimi müəyyən olunmuş qaydada sağlamlıq vəziyyətinin araşdırması üçün mərkəzi tibbi komissiya tərəfindən yoxlanışdan keçib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məsələ ilə bağlı sorğuya cavabında bildirilib ki, Ermənistan hökumətinin 12.04.2018-ci il tarxili N-404 saylı qərarının 7-ci hissəsinin 6-cı bəndinin tələblərinə əsasən, o, hərbi xidmət üçün məhdudiyyətli şəkildə tanınıb və bunun əsasında məcburi hərbi xidmətə çağrılıb.

Xatırladaq ki, əsgər Narel Qriqoryan orduda dəhşətli şəkildə işgəncələrə məruz qalıb.

Məlumata görə, əsgərin ruhi sağlamlıqla bağlı problemləri var. Qriqoryan yanvarın 24-də orduya çağrılıb, fevralın 10-dan 19-na qədər isə “Kanaz” hospitalında olub. Daha sonra 15 gün “Muratsan” nevroloji şöbəsində yatıb və bundan sonra Sisian xəstəxanasında müaəlicəsini davam etdirib. Orada isə müalicə əvəzinə zorakılığa məruz qalıb.

Əsgər və kapitan Artak Ağabekyan arasında “sırada düz dayanmadığı” üçün mübahisə yaranıb. Kapitan əvvəlcə əsgərə sillə vurub, bundan sonra sinəsinə və baş nahiyəsinə zərbələr endirib. İndiyə qədər hələ də əsgərin üzərində göyərtilər var və bədəninin sol nahiyəsi təmamilə zəifləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin