Dünən, saat 09:30-da "Arsenal 2019" tədbiri çərçivəsində Baqrataşen sərhəd məntəqəsinin nəzarət bölməsindən Baqrataşen polis bölməsi 43 yaşlı Qarik Nasibyanı həbs edib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sözügedən şəxs ötən il sentyabrın 24-dən etibarən axtarışdadır.
Məlumata görə, o, həmin tarixdən qondarma qurumun “polis”i tərəfindən Ermənistan Cinayət Məcəlləsinin 361-ci maddəsinin 5 bəndinə əsasən (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) günahkar bilinərək axtarılır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Fərarilik