Masallıda Firdovsi Bağırzadənin xatirəsi ehtiramla yad edilib

2019/04/525ca-1554884088.jpg
Oxunub: 26766     12:13     10 Aprel 2019    
Aprel döyüşlərində şəhid olan Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimi kecirilib.

Ordu.az xəbər verir ki, mərasimdə rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidin göstərdiyi qəhrəmanlıqdan, onun vətən sevgisində söhbət açıblar.

Bildirilib ki, şəhid Firdovsi Bağırzadə 1996-cı ildə anadan olub. O, uşaqlıq illərindən zəhmətə alışan, vətənini sevən oğul idi. 2014-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb və 2016-cı ildə aprelin 2-dən 3-nə keçən gecə isə cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub.

Sonda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin