Ermənistan Müdafiə nazirinin müavini: “Ermənistan hücum bölmələrinin artırılması mərhələsindədir”

2019/04/news_-1554883865.jpg
Oxunub: 27749     12:08     10 Aprel 2019    
"Silahlanma, hərbi texnika baxımından Ermənistan Müdafiə Nazirliyinin diqqəti buna yönəlib".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan səsləndirib.


Parlamentində müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitənin iclasından sonra jurnalistlərin suallarını cavablandıra Balayan bildirib ki, Ermənistan hücum bölmələrinin artırılması mərhələsindədir.

“Silahlanma, hərbi texnika baxımından Ermənistan Müdafiə Nazirliyinin diqqəti buna yönəlib. Bütün cəmiyyət başa düşməlidir ki, heç kim Ermənistana sülh hədiyyə etməyəcək. Nisbi sükunət var, düşmən buna məcburdur və əgər düşmən yenidən aktivləşməyə cəhd göstərsə, biz yenidən onu sülhə məcbur edəcəyik”,- deyə Balayan eyforiyaya qapılıb.

Balayan onu da əlavə edib ki, sülhə məcbur etmə yolları müxtəlifdir: “Bu, hərbi, diplomatik, şəxsi əlaqələr vasitəsi ilə və s. formada ola bilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Təxribat   Cəbhə  


Bizi "telegram"da izləyin