"Qarabağda yeni müharibə mümkündür" - Korotçenko

2019/04/5675-1554806122.jpg
Oxunub: 8666     14:34     09 Aprel 2019    
"Müharibə ehtimalı yüksəkdir, bu obyektiv vəziyyətdir. Çünki münaqişə var və o həll edilməyib. Yeni müharibə mümkündür".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri hərbi və siyasi analitik İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, hazırda bu vəziyyətin nə qədər davam edəcəyini, bunun müharibə və ya sülh olduğunu demək çətindir.

"Müharibə ehtimalı yüksəkdir, bu obyektiv vəziyyətdir. Çünki münaqişə var və o həll edilməyib. Yeni müharibə mümkündür. Yəni tərəflər arasında razılaşma yoxdursa, o zaman müharibənin yenidən başlaması ehtimalı hədsiz dərəcədə yüksəkdir", - deyə o qeyd edib.

Ermənistanda hərbi doktrinanın dəyişdirilməsi məsələsinə də toxunan Korotçenko, bu qərarın müxtəlif şəkildə şərh edilə biləcəyini vurğulayıb: "Cənab Paşinyan yaxşı başa düşür ki, bir-iki il sonra Ermənistan əhalisi onun hakimiyyətindən konkret meyvələri hiss etmək, görmək, eləcə də vəziyyətin yaxşılaşdırılmasını və əmək haqqının yüksəldilməsini istəyəcək. İnsanların daha yaxşı yaşaması üçün dünya iqtisadiyyatına investisiyaların aktivləşdirilməsi lazımdır. Əgər Paşinyan buna nail olmasa, onu perspektivdə yeni məxməri inqilab gözləyir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin