Ermənistanda kölgə kabineti qurulur - Baş nazir də məlumdur

2019/04/hjd-7-1554798717.jpg
Oxunub: 6169     13:30     09 Aprel 2019    
“Ermənistan daxili-siyasi sahəsində dərin, görünməmiş çaşqınlıq fəaliyyət göstərir: təkcə Ermənistan Respublikaçılar Partiyası aktivləşməyib, eyni zamanda digər təşkilatlar da yenidən formalaşdırılır, xüsusilə də Daşnaksütun partiyası”

Ordu.az “Hraparak”a istinadən xəbər verir ki, partiya yenidən hakimiyyət qollarını öz üzərinə götürməyi arzulayır və yaratdığı 12 komitə ilə birlikdə kölgə hakimiyyəti formalaşdırır.

Komitə rəhbərləri də gələcəkdə kölgə hakimiyyətinin nümayəndələri olacaqlar. Beləliklə, Xarici Komitəyə Kiro Manoyan, Təhlükəsizlik Komitəsinə Levon Mkrtçyan, Sosial Komitəyə Arsen Hambardzumyan, Mədəniyyət Komitəsinə Lilit Qalstyan, Kənd Təsərrüfatı Komitəsinə Artur Xaçatryan başçılıq edir.

“Bəs “baş nazir” kim olacaq” sualına Daşnaksütun partiyası belə cavab verib:

- Hər halda komitələri Arçvik Minasyan sistemləşdirir.
- Respublikaçılar partiyası ilə əməkdaşlıq edəcəksiz?
- Milli gündəmin hissəsi ilə hər hansı bir problemimiz yoxdur.
- Bəs Koçaryan?
- Koçaryanla da həmçinin.
- Küçə mübarizəsindən çıxacaqsınız?
- Zərurət olarsa, əlbətdə ki.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Daşnaksütun  


Bizi "telegram"da izləyin