"Yerkrapah" Ermənistanda olmayan ali baş komandanın sağlığına içir

2019/04/56756-1554797720.jpg
Oxunub: 25922     14:32     09 Aprel 2019    
""Yerkrapah"ın qurultayından sonra yeni seçilmiş heyət Crvejdə son vaxtlar açılmış "Royal İrəvan" restoranında "bir tikə çörək yemək üçün" toplaşıb".

Ordu.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Nikol Paşinyan da toplanışda iştirak edib və 2 saat orada olub.

"Serj Sarkisyan və Manvel Qriqoryana iltifat edən "Yerkrapah" Nikol Paşinyanın bu anda ali baş komandan olmamasına baxmayaraq, bu dəfə də ölkənin yeni ali baş komandanının sağlığına ayaq üstə içib.

Baş nazir "Yerkrapah"a, Sasuna hörmət etdi və Manvel ilə hər hansı bir probleminin olmadığını dedi. Tədbirdə Davit Tonoyan da iştirak edib. Yeri gəlmişkən, 25 nəfərlik idarədə Ledi Hakobun bir vaxtlar fəaliyyətdə olan "Ruhun sınağı" təşkilatının üzvləri daha çoxdur", - deyə nəşr yazır.

Xatırladaq ki, Ermənistan konstitusiyasının 155-ci maddəsinə əsasən, dinc dövrdə ölkədə ali baş komandan yoxdur, ən yüksək hərbi vəzifə Ermənistan SQ-nin Baş Qərargah rəisidir və Baş nazir yalnız müharibə zamanı ali baş komandan ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerkrapah   Ermənistan  


Bizi "telegram"da izləyin