Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Media mərkəzdə baş tutan müzakirələrdə Helsinki assosiyasiyasının vəkili Ara Qaragözyan və hüquq müdafiəçisi Janna Aleksanyan bu məsələlərə toxunub.
Hələ, 2015-ci ildə Meğridəki hərbi hissədə müddətli xidmət hərbi qulluqçusu Artur Hakobyan komandiri tərəfindən işgəncələrə məruz qalıb. Müddətli xidmət hərbi qulluqçusu Artur Hakobyan bildirirdi ki, xidməti ərzində ona qarşı mütəmadi olaraq işgəncələrə yol verilib, buna görə də bir il neçə ay hərbi xidmətdən sonra səhhəti ilə bağlı problemlərlə üzləşib.
Onu hərbi hospitala aparıb, daha sonra ordu sıralarından təxris ediblər. Cinayət işi açılsa da, sonradan xitam verilib. Daha sonra cinayət işi yenidən açılıb, lakin araşdırılması üçün bir vaxtlar cinayəti gizlədən şöbəyə göndərilib.
Qaragözyan cinayət işinin səmərəli araşdırılması üçün xüsusi istintaq komitəsinə verilməsini tələb edir.
“Baş prokurorluqda və icraatı yerinə yetirən orqanda heç bir şey dəyişməyib. İşgəncə işlərinin gizlədilməsi davam edir və sadəcə işgəncəni başqa bir maddəyə əsasən araşdırılması aparılır”, - deyə bildirən Qaragözyan bu iş üzrə AİHM-ə müraciət etməyi planlaşdırdığını söyləyib.
Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin yaydığı məlumata əsasən, 2017-ci illə müqayisədə 2018-ci ildə atəşkəs rejimin pozulması nəticəsində ölüm halları 3 dəfə azalsa da, səhhətinə görə ölüm halları 40%, yol qəzalarında ölüm halları isə 2 dəfə artıb.
Aleksanyanın xatırlatdığı məqamlardan birində müddətli xidmət hərbi qulluqçusu Armen Ozanyanın yüksək təzyiq altında və mərkəzi sinir sistemi pozğunluğu ilə Ermənistan ordusuna çağırıldığı bildirilir. Bu səbəbdən erməni hərbi qulluqçunun vəziyyəti mütəmadi pisləşib.
Aleksanyan həmçinin Meğri alayındakı əsgərlərin qiyamını da xatırladıb. Bildirilir ki, Ermənistan MN baş verən hadisə barədə ətraflı məlumat verməyib. Bu barədə yalnız nazirliyin mətbuat katibi Artsrun Hovhannisyan danışaraq əsgərləri qiyamda ittiham edib. Bu və ya digər hadisələr barədə Ermənistan MN məsuliyyətdən yayınıb.
“Ölüm hadisələrinin hərbi hissədə baş verməsindən belə inciyirlər”, - deyə Aleksanyan bildirib. O qeyd edib ki, cəzasızlıq mühiti həmçinin orduda işgəncə və ölüm hallarının üstünü açmayan istintaq orqanlarının fəaliyyəti ilə də bağlıdır.
Qeyd edək ki, müzakirəyə Ermənistan MN-dən, hərbi prokurorluqdan və istintaq komitəsindən də nümayəndələr dəvət edilib. Lakin onlar müzakirələrdə iştirak etməkdən imtina ediblər.
Alpər Mövludoğlu
Ordu.az