Arpinedən Hakopyana: “Görəsən, Qarabağa gedərkən əsgərlərə nə deyirsiz?”

2019/04/Arpin-1554795214.jpg
Oxunub: 6560     12:13     09 Aprel 2019    
“Baş nazir və onun xanımı Qarabağa gələrkən, xidmət edən əsgərlərə də deyirlər ki, onlar heç nə naminə xidmət edirlər?”.

Ordu.az xəbər verir ki, Ermənistan parlamentinin sabiq sədr müavini Arpine Hovhannisyan öz “Facebook” səhifəsində Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyanın “Sülh naminə, qadınlar” təşəbbüsünə aid bəyanatına münasibət bildirib.

“Maraqlıdır, Baş nazir və xanımı tam ailə tərkibində hər dəfə Qarabağa gedərkən, orada xidmət edən əsgərlərə də deyirlər ki, onlar heç nə naminə xidmət edirlər?”, - deyə Arpine Hovhanisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin