Ermənistan MN bölmələri və 102-ci hərbi baza birgə döyüş atışları həyata keçirib

2019/04/ed6c7-1554794612.jpg
Oxunub: 20421     11:40     09 Aprel 2019    
İkitərəfli birgə hərbi təlimlər çərçivəsində “Bağramyan” poliqonunda, 102-ci hərbi bazanın bölmələri Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi ilə birgə döyüş atışları həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Döyüş atışları, rus hərbi bazasının komandiri, polkovnik Vladimir Yelkanovun və birləşmiş qüvvələrin komandiri, general-mayor Tiqran Parvanyanın rəhbərliyi ilə həyata keçirilib. Döyüş təlimlərinin yerinə yetirilməsi zamanı 20-dən çox MiQ-29 təyyarəsi, Su-25 qırıcısı, Mi-24 və Mi-8MT helikopteri, o cümlədən pilotsuz uçuş vasitələri istifadə olunub.

Məlumata görə, tanklardan, artilleriyadan və zenit raket komplekslərindən dağlıq ərazidə şərti düşmən mövqelərinin bombalanması həyata keçirilib.

Qeyd edək ki, birgə hərbi təlimlərdə təxminən 2000 hərbçi və 300-ə qədər hərbi texnika iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   102-baza   Təlim  


Bizi "telegram"da izləyin