Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan onu 1 saatdan çox gözləyən jurnalistlərə yaxınlaşaraq, bir neçə suala cavab verib.
"Spayka" şirkəti ətrafında yaradılmış vəziyyətdə kənd təsərrüfatı məhsulları satılmasının uğursuzluğuna dair sualı cavablandırarkən Paşinyan vurğulayıb ki, hər hansısa şirkətin Ermənistan vətəndaşı, kəndlisi və hakimiyyəti ilə şantaj diliylə danışa biləcəyini düşünmədiyini söyləyib.
Jurnalistlər həmçinin Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların nəticələri haqqında da maraqlanıblar. Paşinyan isə qeyd edib ki, məsələyə o aspektən yanaşmaq lazım deyil və əgər Qarabağ məsələsi həll olunmasa, hansısa danışığın nəticəsi səmərəli olmayacaq.
Xalqların sülhə hazırlanması barəsində bəyanata cavab olaraq, Ordumuzun müharibəyə hazır olması ilə bağlı səslənən bəyanata Paşinyan kəskin reaksiya verib: “Biz deyirik ki, bizi müharibə ilə qorxutmayın, çünki biz müharibədən qorxan deyilik. Biz deyirik ki, Qarabağ məsələsi sülh yolu ilə həll olunsun və sülh gündəminin təqdimatı üçün hər şey edəcəyik. Ancaq bu o demək deyil ki, biz müharibə təhlükəsindən qorxacağıq”.
Alpər Mövludoğlu
Ordu.az