Hərbi hissə komandirini güllələyən onun keçmiş sürücüsü olub

2019/04/32954-1554789926.jpg
Oxunub: 14369     14:04     09 Aprel 2019    
Ötən həftə Ermənistanda hərbi hissə komandirini güllələyən şəxsi həmin komandir ədalətsiz olaraq işdən azad edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə gün öncə hücuma məruz qalan hərbi hissə komandiri Coni Samsonyan qarın və ayaq nahiyəsindən odlu silah yarası alıb.

Bildirilir ki, atəş edən şəxs həmin hərbi hissə komandiri tərəfindən keçən ilin sentyabrında işdən azad edilən hərbi hissənin avtomobil parkının sürücülərindən biri olub. Yayılan məlumata görə, onun işdən azad edilməsi barədə ədalətsiz qərar verilib. Buna görə keçmiş sürücü hərbi hissə komandirini cəzalandırmaq qərarına gəlib.

Əldə edilən bu məlumatları Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan şərh etməkdən imtina etməklə deyib ki, ilkin araşdırma müddətində məlumat verməyə səlahiyyəti çatmır. Yaralanan erməni komandir “Astğik” tibb mərkəzinə yerləşdirilib. Tibb müəssisəsindən bildirilib ki, artıq Coni Samsonyan evə buraxılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Güllələnmə  


Bizi "telegram"da izləyin