Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, müraciətində hospitalda oğlunun xəstəlikdən müalicə edildiyi və əlavə müayinələrə ehiyac olduğuna görə ona köməklik göstərilməsini xahiş edib.
Şikayətə baxılması çərçivəsində İnsan haqları müvəkkilinin nümayəndələri gözlənilmədən hospitala səfər ediblər. Səfər çərçivəsində nümayəndə heyəti hospital rəhbərliyi və həkimlərlə görüş keçiriblər. Müzakirələr nəticəsində şikayətçinin əlavə müayinələrdən keçirilməsinə razılıq əldə edilib.
Hospitalda digər şikayətçilərlə də söhbət aparıldığı, onların müalicə sənədlərinin nəzərdən keçirildiyi qeyd edilir.
Alpər Mövludoğlu
Ordu.az