“NATO-nun Qara dənizdə və Gürcüstanda varlığı Ermənistana yaxşı şey gətirə bilməz” – Harutyunov

2019/04/67464-1554725710.jpg
Oxunub: 20097     09:53     09 Aprel 2019    
“NATO və Gürcüstan arasında əməkdaşlığın gücləndirilməsi istənilən halda Ermənistana çətinliklər yaradacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri erm’ni ekspert Davit Harutyunov səsləndirib.

Onun sözlərinə görə, Qara dəniz hövzəsində və Cənubi Qafqazda NATO-nun təmsil olunmasının genişlənməsi Ermənistan üçün yaxşı heç bir şey gətirmir.

“Bu fakt güc mərkəzləri arasında Ermənistanın diplomatik manevr imkanlarını məhdudlaşdırır. NATO ilə əməkdaşlığın Gürcüstan istiqamətində artması bir tərəfdən Brüsel-Moskva, digər tərəfdən Tiflis-Moskva arasında gərginliyi artırır.

Keçmişdə olduğu kimi Ermənistanın xarici siyasəti kompliment üzərində qurulur. Bir tərəfdən Rusiya ilə hərbi ittifaqın qorunub saxlanılması, digər tərəfdən İrəvan rəsmi layihələri həyata keçirməkdə NATO ilə hər hansı əlaqələrin qorunub saxlanılmasında maraqlıdır. Əlbəttə bunlar təyinatına görə rus amili ilə müqayisə edilə bilməz. İndi bu kimi artan gərginlik ortamında Ermənistan üçün manevr etmək daha çətin olacaq”, - deyə ekspert bildirir.

Harutyunov, Ermənistanın müəyyən məqamlarda seçim qarşısında qala biləcəyini istisna etmir. Belə bir vəziyyətlə Ermənistan Suriyaya hərbi heyət göndərərkən ABŞ-ın cavab verdiyi zaman qarşılaşıb. Rusiya və Qərb arasında qarşıdurma, 2008-ci ildə olduğu kimi Yaxın Şərqdən Gürcüstana köçürüldüyü halda Ermənistan üçün problemlər yaradacaq.

Erməni ekspert, güc mərkəzləri üçün Ermənistanın böyük bir əhəmiyyətə malik olmaması, onu bu kimi vəziyyətlərdən xilas etdiyini qeyd edir.

“Hazırda İrəvan dünya siyasətinin kölgəsindədir, ona qarşı kəskin təzyiq ediləcəyini gözləməyə dəyməz”, - deyə o əlavə edib.

Vaşinqtonda NATO ölkələrinin Xarici İşlər nazirləri arasında görüş zamanı Ukrayna və Gürcüstanla hərbi əməkdaşlığın gücləndirilməsi tədbirləri paketinə razılıq verilib. Bu paketin məqsədi Rusiya qarşı mübarizədir və artıq Moskva ittifaqın fəaliyyətlərinə reaksiya verib. Xüsusilə Rusiya XİN Qriqori Karasin qeyd edib ki, NATO-nun Gürcüstanda fəallaşması Qafqazı gərginlik meydanına çevirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   NATO  


Bizi "telegram"da izləyin