Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi xidmətin davam etdirilməsi məqsədilə onlarla yeni müqavilə imzalanmayacaq və Vardan Balayan nə edəcəyini düşünənədək, təcili məzuniyyətə çıxıb.
O, sonuncu müsahibəsində 40 gün müddətinə məzuniyyətdə olduğunu bildirib.
Vyaçeslav Danielyanın təyin edilməsinə dair 30 iyul 2013-cu il tarixdə 5 il müddətinə “əmr” verilib. Beləliklə aprelin 2-də, Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi birləşmə komandirinin müavini general-mayor Samvel Karapetyanın tutduğu vəzifədən azad edilməsi barədə bəyanat verildi.
İctimaiyyət və hərbi siyasi dairələr tərəfindən general-leytenant Levon Mnatsakanyanın vəzifəsindən çıxarılmasının hələ tam anlaşılmadığı bir məqamda, bu istefaların və vəzifədən azad edilmələrin sırası çoxlarına narahatlıq üçün əsas verir.
Bundan əlavə daxil olan məlumatlara əsasən istefalar bununla yekunlaşmayacaq. Ermənistan mətbuatının yaydığı məlumatlara əsasən, tezliklə Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi birləşmə komandirinin digər müavini Qarik Safaryan da vəzifəsindən azad ediləcək. Həmçinin bəzi komandirlərin istefaları da gözlənilir.
Alpər Mövludoğlu
Ordu.az