Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vəkil, Yurik Broyana qarşı hər hansı cinayət işi üzrə həbs qətimkan tədbiri tətbiq edilmədiyinə, bundan başqa onun zərərçəkən statusu olduğuna görə, onun hərbi polisdə saxlanılmasını əsassız hesab etdiyini bildirib.
Vəkil, Broyanın sağlamlığında problemləri olduğu, mütəmadi olaraq başının əsməsi, artıq tez-tez burnundan qan açılmağa başlaması, addımlamağa çətinlik çəkməsinin tibbi müayinəyə və müalicəyə ehtiyacı olduğunu qeyd edir. Sarkisyan bildirir ki, Yurik Broyan hərbi qulluqçu olduğuna görə məsələni həll etmək Ermənistan MN-in öhdəliyinə aiddir.
Qeyd edilən vəsadət əsasında Yurik Broyanı hospitalda müayinə etdikdən sonra həmişə olduğu kimi “bu bizim xəstə deyil” deməklə yenidən hərbi polisə göndərilə biləcəyini qeyd ediblər. Vəkil, məsələnin yekun həlli üçün Ombudsmanın çevik reaksiya idarəsinə zəng etdiyini, daha sonra MN-ə “ya Yurik Broyanın mülki xəstəxanada müalicə edilməsinə şərait yaradılması üçün tərxis edilməsini, yaxud özləri hərbi qulluqçunu müalicə etməklə onun anasını dəlilik dərəcəsinə çatdırmasınlar” deyə müraciət edib.
Qeyd edilən qurum təmsilçiləri hospital və hərbi polis rəhbərliyi ilə müzakirələr aparıblar. Nəticədə, Muratsan hospitalından Yurik Broyan Kazandakı hospitala göndərilib. Orada onu nəinki qəbul etməyiblər, hətta müalicədən imtina edərək, hərbi polis əməkdaşlarına onu aparmağı tövsiyyə ediblər. Hazırda Yurik Broyanı təkrarən sağlamlığında problemləri olmaqla biabırçı vəziyyətdə hərbi polisə təxliyyə ediblər.
“Hər dəfə cinayət barədə bəyanat təqdim edirəm, bunun əsasında cinayət işi açılır, lakin Yurik Broyanın sağlamlığı hər hansı şəkildə bununla düzəlmir. Bəyan edirəm ki, mənim müştərim, hərbi qulluqçu Yurik Broyanın həyatına və sağlamlığına təhlükə var”, - deyə vəkil əlavə edib.
Onun sözlərinə görə, indi o, artıq tələb edir ki, onu mülki xəstəxanaya təxliyyə etsinlər və insani şəraitdə onun müalicəsini təşkil etsinlər. Vəkil, əks halda artıq bunun işgəncə olduğuna, müştərisinin hüquqları, həyatı və sağlamlığının təhlükəsizliyi ilə bağlı AİHM-ə şikayət göndərməyə məcbur olacağını qeyd edib.
O, Ermənistanın Baş nazirinin, Baş prokurorunun, Xüsusi İstintaq Xidmətinin, Milli Təhlükəsizlik Xidmətinin və Ermənistanın insan haqları müvəkkilinin diqqətini bu məsələyə çəkdiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az