Ermənistan MN-də həqiqət gizlədilir, qanun pozulur - DETALLAR

2019/04/timth-1554707213.jpg
Oxunub: 28919     16:11     09 Aprel 2019    
Ermənistanda dövlət nəzarəti xidmətinin iki əməkdaşının həbs edildiyi barədə məlumat yayıldıqdan sonra KİV-lər onların kim olduğu və tərcümeyi-halı ilə maraqlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunlardan birinin Samvel Adyan adlı şəxs olduğu üzə çıxıb.

O, “Zoraşen” MMC-nin sahibkarıdır və müsabiqənin şərtlərini öncədən dəyişməklə “Qriqor Lusavoriç” xəstəxanasında elan edilmiş dialezin təmin edilməsi müsabiqəsində iştirak edib.

Xatırladaq ki, Ermənistan MTX məhz bu müsabiqənin keçirilməsində korrupsiya riskləri aşkar edib. Bu ittiham üzrə 3 şəxs həbs edilib, digər həbs edilən şəxs dövlət nəzarət xidmətinin əməkdaşı Qevork Xaçatryandır, ona qarşı həbs qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılıb.

Məlumata görə, səlahiyyət həddini aşan dövlət nəzarət xidmətinin əməkdaşı Qevork Xaçatryan, əvvəllər Ermənistan MN-də xidmət edib. O, MN-in satınalmalarında yol verdiyi qanun pozuntularına görə işdən azad olunub.

Xaçatryanın törətdiyi əməllərlə bağlı vaxtilə MN-də xidməti araşdırma aparılsa da, yalnız onun vəzifədən azad edilməsi ilə kifayətləniblər. “Saxta xəbərlər” yaymaqda ittiham edilməmək üçün, əldə edilən məlumatlarla əsasən qanunla nəzərdə tutulmuş qaydada MN-ə müraciət edilib. MN-dən isə məsələnin mürəkkəb olduğunu və araşdırılmasına vaxt tələb ediliyi üçün cavab verilməsinə 1 ay vaxt lazım gəldiyini bildiriblər. Bu birbaşa mətbuatın fəəaliyyətinə maneçilik törədilməsinə yönəlnmiş addım olsa da, mətbuat orqanı 30 gün gözləmək qərarına gəldiyini bildirir.

Lakin geniş məlumat mənbəyinə malik olan qurumdan ətraflı məlumat gözləmək arzusu reallaşmır. Nəhayət dünən müraciətə cavab verilib. Ermənistan MN-ə Qevork Xaçatryanın fəaliyyəti ilə bağlı göndərilən sorğuya verilən cavabdan məlum olur ki, Xaçatryan 2013-2016-cı illər ərzində Ermənistan SQ-də müqaviləli hərbi xidmətdə olub, daha sonra qanunvericiliyə əsasən tərxis edilib. Şəxsin fərdi məlumatlarının yayılmasının qanunvericiliyə zidd olduğu bildirilib. Ancaq mətbuat orqanı xatırladır ki, qanunvericiliyə əsasən rəsmi məmurun xidməti fəaliyyəti ilə tələb olunan məlumatlar şəxsi məlumatlar kimi dəyərləndirilə, ictimaiyyətdən və mətbuatdan gizli saxlanıla bilməz.

Yeri gəlmişkən Ermənistan MN-in cavabında qeyd edilən “hərbi xidmət keçmə haqqında” qanunun müvafiq tələblərinə əsasən, şəxs tutduğu vəzifədən müqavilənin hərbi xidmət keçmə şərtlərini yerinə yetirmədikdə və ya hərbi qulluqçunun şərəfini ləkələyən hərəkət yol verdikdə azad edilir. Yəni adıçəkilən şəxs erməni hərbi qulluqçunun şərəfini ləkələyən hərəkətə yol verib, lakin MN törətdiyi hərəkətin açıqlanmasını gizlədir. KİV-lər məlumat tələb etsə də, rəsmi qurum imtina edir.

Xüsusilə səlahiyyət həddini aşan, törətdiyi əməlin ağır nəticələrə səbəb olmasına görə tələb edilən məlumat gizlədilir. Belə bir şəxsin əvvəlki fəaliyyətini və yol verdiyi qanun pozuntularını gizlətməyə Ermənistan MN-in hüququ yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin