Nazir Türkiyə şirkətlərinin məhsulları ilə tanış olub - FOTOLAR

2019/02/62e9d-1550423300.jpg
Oxunub: 5099     16:06     17 Fevral 2019    
Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən Türkiyə Respublikasının Makina və Kimya Sənayesi Qurumu, ROKETSAN, ASELSAN və Otokar şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Z.Həsənov şirkətlərin rəhbərləri ilə görüşərək iki ölkə arasında hərbi texniki sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Müdafiə naziri hərbi sahədə birgə layihələrin hər iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Zakir-Həsənov   Türkiyə  


Bizi "telegram"da izləyin