Zakir Həsənov “İDEX - 2019” sərgisində - FOTOLAR

2019/02/2460c-1550423086.jpg
Oxunub: 3664     14:43     17 Fevral 2019    
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Müdafiə-naziri   BƏƏ   Sərgi  


Bizi "telegram"da izləyin