Ordu.az xəbər verir ki, şəhid Ramiz Hacıyev 1961-ci ildə Qəsil kəndində dünyaya göz açıb.
Uzun müddət Rusiyada yaşayan Ramiz Qarabağ münaqişəsi zaman Rusiyadan Azərbaycana gəlib. Şəhidin döyüş yolu, Ağdərə, Ağdam və Xocavənd rayonları ərazisindən keçib.
Ramiz Hacıyevin sonuncu döyüşü, 1992-ci ildə Ağdamın Muğanlı kəndi istiqamətində gedən döyüş olur. O düşmən hücumunun qarşısını alarkən düşmən gülləsinə tuş gəlib.
Şəhidimiz Ağdaş rayon şəhidlər xiyabanında dəfn edilib.
Daşqın Güneyli
Ordu.az