Pirallahıda şəhid ailələri ilə görüş keçirilib

2019/02/piral-1549371570.jpg
Oxunub: 1456     17:00     05 Fevral 2019    
Pirallahı Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib.

Ordu.az xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, millət vəkili Rauf Əliyev, şəhid ailələrinin nümayəndələri, Rayon İcra Hakimiyyəti Aparatının işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Görüşün əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimyyətinin başçısının I müavini V.Səfixanov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. 28 yanvar 2019-cu il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir. Milli Məclisin deputatı R.Əliyev çıxış edərək bildirib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. 1 yanvar 2019-cu il tarixinə 12779 şəhid ailəsi, 119 nəfər 20 yanvar şəhidi ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox-626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimayyət tərəfindən rəğbətlə qarşılanıb

Sonra söz şəhid ailələrinin nümayəndələrinə verilib. Şəhid atası Rzayev Manaf, şəhid anaları Bağırova Svetlana, İbrahimova Çimnaz, Mirzəyeva Safa, həyat yoldaşları Quliyeva Səkinə, Rəhimova Natavan, Əliquliyeva Hafizə, Suvarova Cəmilə və başqaları çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başcısına minnətdarlıq edib, bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.

Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin üzvlərinə humanitar yardım göstərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Pirallahı   Şəhid-ailələri  

Pirallahıda şəhid ailələri ilə görüş keçirilib

2019/02/piral-1549371570.jpg
Oxunub: 1457     17:00     05 Fevral 2019    