Müdafiə naziri bölgələrdə yeni inşa edilən bir neçə hərbi obyektdə olub - FOTOLAR+VİDEO
Oxunub: 18299
14:55
01 Fevral 2019
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına əsasən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, cəbhəboyu zonada olan Müdafiə Nazirliyinin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektlərdə icra edilən tikinti işlərinin vəziyyətini yoxlayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi obyektlərdə aparılan tikintinin gedişatı ilə maraqlanıb, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.