Ordu.az xəbər verir ki, anım günü Ağcabədi rayon Avşar kəndində qeyd edilib.
Şəhadətinin 25-ci ilində şəhidin döyüş dostları, yaxınları və kənd sakinləri onun anım gününü qeyd ediblər. Anım günündə hərbi karaul düzülüb, şəhidin adı ehtiramla yad edilib.
Xatırladaq ki, Xəqani Sabir oğlu Quluyev 1973 cü ildə Ağcabədi rayon Avşar kəndində anadan olub. O 1992-ci ilin aprel ayında Azərbaycan ordusu sıralarına yazılıb. "BABƏK 44" taborunda xidmət edib və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 15-də Ağdərənin Həsənqaya kəndi istiqamətində erməni hücumunun qarşısının alınması zamanı gedən döyüşlərdə şəhid olub.
Daşqın Güneyli
Ordu.az