Gənclər Gününə həsr olunan musiqi müsabiqəsinin birinci turu təşkil edilib - FOTOLAR

2019/01/a2e64-1547537076.jpg
Oxunub: 27264     11:22     15 Yanvar 2019    
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunan musiqi müsabiqəsinin birinci turunun ilk konserti keçirilib. Konsert Səmkirdə yerləşən “N” saylı hərbi hissənin Əsgər klubunda təşkil olunub. Müsabiqəyə Qazax və Gədəbəy rayonlarından hərbi qulluqçular və gənclər qatılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, bu müsabiqə milli mədəniyyətin və incəsənətin, eləcə də hərb ənənələrinin və hərbi xidmətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və yaradıcılıq bacarıqlarının inkişafı, hərbi kollektivlərin möhkəmlədirilməsi, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılması və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili ilə yanaşı ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilir.

İştirakçılar müsabiqə şərtlərinə uyğun olaraq vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxış ediblər. Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində fərqli ifaya, səhnə davranışına üstünlük verilib. Maksimal bal toplayan 78 iştirakçı müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıblar. Ümumilikdə müsabiqədə 154 nəfər iştirak edib.

Sonra müsabiqədə iştirak edən gənclər və hərbi qulluqçular birgə nahar ediblər.

Əsl musiqi bayramına çevrilən müsabiqə hərbi qulluqçuları və istedadlı gəncləri öz ətrafında toplayaraq onların peşəkar yüksəlişinə, təcrübə mübadiləsinə zəmin yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Gənclər-günü  


Bizi "telegram"da izləyin