Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Tibb heyəti ilə görüşən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini onlara çatdırıb və bayram sovqatlarını təqdim edib.
Ordu.az