Müdafiə naziri əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib - FOTOLAR

2018/12/2-1545312847.jpg
Oxunub: 853     17:32     20 Dekabr 2018    
Dekabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə naziri inşaatla bağlı əvvəl verilən tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret göstərişlər verib.

Kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılmasının vacibliyini bir daha vurğulayan general-polkovnik Z.Həsənov, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlərin həllinə dair müvafiq tapşırıqlar verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: MN   Naxçıvanski  

Müdafiə naziri əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib - FOTOLAR

2018/12/2-1545312847.jpg
Oxunub: 854     17:32     20 Dekabr 2018    