Hərbi birliklər qarşıya qoyulan vəzifələri icra edirlər - FOTOLAR+VİDEO
Oxunub: 1982
14:00
14 Noyabr 2018
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunlarının planına əsasən qarşıya qoyulan vəzifələr birliklərdə mərhələlərlə icra edilir.
Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, birliklərin qərargahlarında əməliyyatın planlaşdırılması başa çatdırılır və komandirlər ayrı-ayrı istiqamətlərdə qoşunların döyüş fəaliyyətinin aparılmasına bilavasitə rəhbərlik edirlər.