Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilib və sualları cavablandırılıb.
Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Ordu.az