Vacib amil: Ordumuzun ərzaq təminatı nə vəziyyətdədir? – REPORTAJ (FOTOLAR)

2018/07/6_4595962614.jpg
Oxunub: 6060     17:00     19 İyul 2018    
Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə Azərbaycan Ordusunda şəxsi heyətin ərzaq təminatı keçmiş sovet ordusunun ərzaq payı normaları əsasında təşkil olunmuşdur. 1992-ci ildə qüvvədə olan normalara istinadən hazırlanan “Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyətinin ərzaqla təminatı haqqında Əsasnamə” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 27 iyul 1992-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmişdir.

2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənov təyin olunduqdan sonra orduda əsaslı islahatlar aparılmağa başladı. Silah-sursat və s. məsələlərlə bağlı islahatlardan başqa, diqqəti çəkən digər bir yenilik ordunun qidalanma rasionunda köklü dəyişikliklərin edilməsi ilə bağlı qərar və sərəncamların verilməsi idi. Yeməklərin kartotekası hazırlanaraq, bu barədə şəxsi heyətin fikirləri, həmçinin milli mətbəximizin xüsusiyyətləri nəzərə alındı.

2014-cü ildə Müdafiə nazirinin təşəbbüsü ilə məsələyə yenidən baxıldı və ərzaq payı normalarının tərkibinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edildi. Təklif müsbət qarşılanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 8 sentyabr 2014-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyətinin ərzaqla təminatı haqqında Əsasnamə” qüvvəyə minib.

Hazırda Azərbaycan Ordusunun ərzaq təminatı Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsinin tabeliyində olan Mərkəzi Ərzaq Anbarı vasitəsilə həyata keçirilir. Azərbaycanın müxtəlif bölgələrində yerləşən maddi-texniki təminat hərbi hissələri vasitəsilə ərzaq məhsulları bölmə səviyyəsinə qədər MAZ və KamAZ bazasında yerləşdirilən, soyuducu konteynerlər quraşdırılmış xüsusi refrejeratorlarda çatdırılır. Təminat zəncirinə daxil olan bütün hərbi hissələr alternativ variant olaraq dəmir yol xətləri ilə təmin edilib. Hazırda ordunun gələcək ərzaq təminatında istifadə etmək və nəzərdə tutulan eyni tipli avtomobillərin hazırlanması üçün Gəncə avtomobil zavoduna sifariş verilib.

Mərkəzi Ərzaq Anbarının ərazisində onlarla müxtəlif təyinatlı yeni saxlama anbarları inşa edilib. -18 dərəcədən +5 dərəcəyədək temperatura malik müxtəlif anbarlarda yüksək keyfiyyətli məhsullar təlimata uyğun şəkildə qorunur. Ordumuzun ərzaq təminatının 85% yerli şirkətlər tərəfindən təchiz edilir. Tədarükçülər tərəfindən gətirilən məhsullar ilk növbədə anbarda fəaliyyət göstərən laboratoriyada biokimyəvi analizdən keçirilir. Analiz cavabı hazır olanadək uzun müddət tələb edən məhsullar təlimata uyğun olaraq, müvafiq temperatura malik anbarlarda müvəqqəti saxlanmaya qəbul edilir. Yalnız analizin müsbət cavabından sonra məhsullar anbara qəbul edilir.

Ərzaq təminatında Azərbaycanda mövsüm şərtlərinə görə yetişdirilməyən məhsullar Ukraynadan, Türkiyədən, Pakistandan və Rusiyadan yerli şirkətlər tərəfindən idxal edilir. Məsələn, Azərbaycan əsgəri hər gün İslandiya treska (putassi) balığının dadına baxır. Böyük həcmli, 25 kiloqram çəkilik Yeni Zelandiyadan gətirilən yağ da gündəlik rasionda istifadə olunanlar arasındadır. Bir nəfər üçün nəzərdə tutulan cem, yağ, şirə, konservlər və s. normalara uyğun şəkildə paketlənir. Əsgərlərimizə verilən qida məhsulları arasında “Heksavit” vitamini də mövcuddur.

Hazırda yay mövsümü olduğu üçün Ərzaq xidmətinin əsas vəzifələrindən biri yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin qış ərzaq təminatının tədarükünü həyata keçirməkdən də ibarətdir. Ön xətt bölmələrinin şəxsi heyətinin isti qida təminatını həyata keçirmək üçün bölmələr müxtəlif tip yanacaqla çalışan “Bekaz” markalı universal sobalar ilə təchiz edilib. Bu soba həm yemək, həm çörək bişirmək üçün yararlı olmaqla bərabər eyni zamanda isti su təminatında da istifadə edilə bilər.

Ön xətt bölmələrinin qida bloklarında yemək hazırlanması üçün müxtəlif markalı səhra mətbəxlərindən istifadə edilir. Xatırladım ki, Azərbaycan Ordusunun hərbi hissələrində yeməklərin keyfiyyətinin və çeşidinin artırılması, eləcə də şəxsi heyətə milli, dadlı xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz edilib. Artıq Azərbaycan Ordusunun əsgərləri təminat xarakterli vəzifələri yerinə yetirmir. Qida bloklarında xidmət edən personalın mütəmadi olaraq səhra hospitallarında həkim komissiyasından keçirilməsi ilə yanaşı, hər gün qida hazırlanması prosesindən əvvəl hərbi hissələrin növbətçi həkimi tərəfindən şəxsi gigiyena, sanitariya qaydalarına riayət edilib-edilmədiyi yoxlanılır. Hazırlanan qida şəxsi heyətə paylanmazdan əvvəl hərbi hissə üzrə cavabdeh zabit, hərbi hissə növbətçisi və növbətçi həkim bütün növ qidaları qəbul edərək keyfiyyətə nəzarət kitabına müvafiq rəy yazmaqla qidanın yararlığına münasibət bildirirlər. Yalnız hər 3 cavabdeh şəxsin müsbət rəyindən sonra şəxsi heyətin qida qəbuluna icazə verilir.

Daimi yaşayış məntəqəsindən kənarda, məsələn ön xətdə və ya poliqonda təlimlərdə olan şəxsi heyətə qidalar müxtəlif həcmli termoslarda təyinatı üzrə çatdırılır. Tək onu demək kifayətdir ki, bu gün bir əsgərin qida norması bir yüksək rütbəli zabitin qida normasından heç nə ilə fərqlənmir. Əsgər və zabit yeməkxanaları birləşdirilib. Hamı eyni qazanda hazırlanan qidanı qəbul edir. Bir Azərbaycan əsgərinin gündəlik qəbul etdiyi standart qidanın ümumi çəkisi 2,4 kq-dır. Digər 5-6 ölkənin silahlı qüvvələrinin qida rasionu ilə tanış olan şəxs kimi deyə bilərəm ki, bu gün Ordumuzun qidalanması Avropa standartlarından heç də geri qalmır, bir çox göstəricilərinə görə isə onları üstələyir. Bunları sübut edəcək faktlardan biri də 2017-ci ildə Rusiyada keçirilən “Səhra mətbəxi-2017” müsabiqəsində Azərbaycanın İsrail, Serbiya kimi güclü ərzaq təminatına malik ölkələri qabaqlayaraq 3-cü yerə layiq görülməsidir. Bu il də 29 ölkənin iştirakı ilə keçiriləcək yarışlara hazırlıq paralel olaraq davam etdirilir.

Artıq xeyli müddətdir ki, hərbi hissələrdə əsgərlərin qida rasionuna milli yeməklər daxil edilib. Yemək menyuları tərtib olunarkən şəxsi heyətin fikirləri nəzərə alınmaqla qarışıq dolma (badımcan, pomidor, bibər), küftə, parça-bozbaş, düşbərə, səbzi plov və turşu qovurma plovları kimi milli yeməklərin bişirilməsinə üstünlük verilir.

Hər bir qoşun növü üçün ərzaq payı normalarının işlənilməsi zamanı onların xidməti vəzifələrini yerinə yetirərkən sərf etdikləri gündəlik enerjinin tam və dolğun bərpa edilməsi nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılan başqa silahlı birləşmələrin ümumqoşun, dənizçi, uçuş, müalicə, ali hərbi məktəb və hərbi lisey kursantları, xüsusi təyinatlı dəstələr, kəşfiyyat qrupları, ümumqoşun quru ərzaq payı, həmçinin ərzaq payı və müalicə ərzaq payı verilərkən məhsulların əvəz olunması normaları işlənərək hazırlanıb. Normaların tərkibinin işlənilməsi zamanı mütəxəssislər tərəfindən əsasən bütün növ yağlar, zülallar və karbohidratlarla zəngin olan ərzaq məhsullarına üstünlük verilir. Eləcə də ilin fəsillərinə uyğun olaraq təzə meyvə və tərəvəzlərlə təminat nəzərə alınır.

Cari dövr ərzində Azərbaycan Ordusunun şəxsi heyətinin ərzaq məhsulları ilə təminatında bir sıra yeniliklər edilib:

- Xardal tozu hazır xardal ilə, quru üzümün bir qismi ərik və qarışıq meyvə qurusu ilə, bitki yağının bir qismi zeytun və qarğıdalı yağı ilə, meyvə şirəsinin bir qismi təzə meyvə ilə, çörəyin bir qismi qalet və suxarı ilə əvəz olunub;

- Pendirin (bərk və əridilmiş), cemin (feyxoa, çiyələk, ərik, şaftalı), soyuq qəlyanaltı konservlərinin (təzə xiyar, pomidor, eləcə də xiyar, pomidor və kələm marinadları) çeşidləri artırılıb;

- Yeməklərin çeşidini artırmaq məqsədilə ət bitki konservləri, həmçinin bir nəfər üçün əvəzetmə norması əsasında 60 qram yarıqaxac kolbasa alınaraq hərbi hissələrə paylanılır;

- Yüksək dağ şəraitində yerləşən və döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün verilən quru çayın və şəkər tozunun bir qismi paketlərdə 1 qramlıq çay və 20 qramlıq qənd ilə əvəz edilib;

- Yüksək dağ şəraitində yerləşən və döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün yay vaxtı 4,5 litr, qış vaxtı isə 3,5 litr içməli qablaşdırılmış su təminat normalarına əlavə edilib;

- Döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara əlavə olaraq 15 qram kərə yağı, 20 qram şəkər, 1 qram çay, 100 qram I növ çörək verilir;

- Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qram şəkər, 1 qram çay, 100 qram I növ çörək, 15 qram kərə yağı və 1500 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qram şəkər, 1 qram çay, 100 qram I növ çörək, 15 qram kərə yağı, 20 qram qatılaşdırılmış şəkərli süd əlavə olaraq verilir;

- Daimi olaraq aerodromlarda, poliqonlarda, texniki və start mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına əlavə olaraq 50 qram ət və 20 qram pendir verilir;

- Təmənnasız qan verən donorlara (qan verdikləri gün) dərhal 45 qram şokolad, 200 qram təbii meyvə və ya giləmeyvə şirəsi, 50 qram peçenye verilir;

- İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir.

Bu illər ərzində qoşunlarda şəxsi heyətin ərzaq təminatının yaxşılaşdırılması, ərzaq məhsullarının vaxtlı-vaxtında alınması, hərbi hissələrə çatdırılması və ərzaq payı normaları əsasında keyfiyyətli qidalanmanın təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qida rasionun enerji dəyərinin artırılması məqsədi ilə quru ərzaq payı normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilərək quru ərzaq payının ümumi enerji dəyəri 3.236 kkal-dən 3.993 kkal-yə çatdırılıb.

Döyüş bölgəsində yerləşən hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuların suya olan tələbatını təmin etmək məqsədilə gündəlik normaya qablaşdırılmış su əlavə edilib.

Hərbi hissələrin təhlükəli, əlverişsiz, yüksək dağlıq şəraitində yerləşən bölmələrinin şəxsi heyəti üçün uzunmüddətli konservləşdirilmiş 1-ci və 2-ci hazır milli və keyfiyyətli yeməklərlə təmin edilməsi üzrə lazımi tədbirlər görülüb. Belə ki, tez bir zamanda yeməklərin hazırlanmasını asanlaşdırmaq və şəxsi heyəti çeşidli yeməklərlə təmin etmək məqsədi ilə küftə, qarışıq dolma (badımcan, pomidor, bibər), ətli noxud və mərcimək şorbası konservləşdirilmiş halda şəxsi heyətin qidalanmasına daxil edilib.

Yüksək dağlıq şəraitdə yerləşən bölmələrə həm ərzaq məhsullarının daşınmasını, həm də yeməklərin ilkin emalını asanlaşdırmaq və yeməklərin vaxtlı-vaxtında keyfiyyətli hazırlanmasını təmin etmək üçün bir sıra təzə tərəvəz məhsulları quru tərəvəz məhsulları ilə əvəz olunub.

Azərbaycan Ordusunda şəxsi heyətin ərzaqla təminat normalarının hər birinin ayrı-ayrılıqda özünəməxsus özəllikləri var.

Azərbaycan Ordusunda ümumqoşun ərzaq payı normasının tətbiq olunması zamanı qida rasionunun enerji dəyərinin artırılması məqsədilə ərzaq növlərindən ət 200 qramdan 250 qrama, təbii meyvə şirəsi 50 qramdan 100 qrama, toyuq yumurtası həftədə 4 ədəddən 7 ədəd qədər artırılıb. Cem, sarıkök, zəfəran, qurudulmuş göyərti, müxtəlif souslar, “heksavit” vitamini ərzaq normasına əlavə olunaraq ümumi enerji dəyəri 3.700 kkal-dən 4.000 kkal-yə qədər çatdırılıb. Eyni zamanda ümumqoşun ərzaq payı normasında əlavə ərzaq payının verilməsi və digər təminat növləri də nəzərdə tutulur.

Şəxsi heyətin qidalanmasının yaxşılaşdırılması məqsədi ilə istifadə edilən ərzaq növlərinin çeşid sayı artırılaraq 50 növdən 100 növ ərzağa çatdırılıb.

Yeni inşa edilən yeməkxanalarda şəxsi heyət üçün isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması üçün çörəkbişirmə sexləri nəzərdə tutulur. Həmin sexlərdə şəxsi heyətin tələbatına uyğun olaraq isti çörək və şirniyyat məmulatı kimi pirojki ət, kartof, pendir, düyü və qarabaşaqla, bulka isə sadə, kişmişli, cemli, kəsmikli halda bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir.

Bu istiqamətdə dəyərli keyfiyyət dəyişiklikləri davam etməkdədir. Azərbaycan Ordusunun birinci eşelonunda yerləşən hərbi hissələrinin müasir tələblərə cavab verən infrastrukturla, o cümlədən yeməkxanalarla təchizatı başa çatmaq üzrədir. Bu il təhvil verilən yeni hərbi hissələrin siyahısına ən azı dördü də əlavə ediləcək.

Hazırda Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması zamanı milli kulinar dəyərlərimiz layiqincə qorunur. Fərqli adət-ənənələrimiz davam etdirilməklə xalqımıza xas olan çox dadlı milli yeməklərin hazırlanmasına xüsusi önəm verilir. Şəxsi heyətin mənəvi-psixoloji durumu öyrənilən zaman məlum olub ki, qidalanma zamanı milli yeməklərə üstünlük verilməsi əsgərlərimiz tərəfindən çox müsbət qarşılanır. Bu səbəbdən sovet ordusunun dövründə olan ərzaqlar bütöv arpa yarması, buğda yarması, darı, arpa və yulaf normadan çıxarılaraq, milli yeməklərimiz olan küftə, parça-bozbaş, qarışıq dolma (badımcan, pomidor, bibər), düşbərə, müxtəlif çeşidli plov və digər milli yeməklərlə əvəz edilib.

Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması və gündəlik normanın onlara tam çatdırılması daimi olaraq nəzarətdə saxlanılır. Şəxsi heyətin təzə ərzaq məhsulları ilə təmin edilməsi üçün əlavə olaraq zəruri tədbirlər həyata keçirilir. Bununla bağlı Azərbaycan Ordusunda şəxsi heyətin mütəmadi olaraq təzə kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün hərbi kənd təsərrüfatı müəssisələri və hərbi hissələrdə yardımçı təsərrüfatlar yaradılıb. Hazırda həmin təsərrüfatlardan şəxsi heyətin təzə ət, süd və tərəvəz məhsulları ilə təminatı operativ surətdə icra olunmaqdadır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Foto

Teqlər: Azərbaycan-Ordusu   Ərzaq-təminatı  

Vacib amil: Ordumuzun ərzaq təminatı nə vəziyyətdədir? – REPORTAJ (FOTOLAR)

2018/07/6_4595962614.jpg
Oxunub: 6061     17:00     19 İyul 2018    