Ötən aydan çıxarış: Ermənistan TŞ-nin iclasında hərbi parad qorxusu - ANALİZ

2018/07/23_1530090464_1530534693.jpg
Oxunub: 2231     16:27     02 İyul 2018    
Ötən ay Ermənistanda yeni idarəetmə sistemi və yeni Konstitusiya çərçivəsində Təhlükəsizlik Şurasının ilk iclası keçirildi. Həmin iclasda Ermənistan müdafiə naziri Davit Tonoyan fəal "müdafiə"nin təşkilinin daha effektiv formaları və metodlarının tətbiq edilməsi barədə məlumat verdi.

KİV-lər Ermənistan Təhlükəsizlik Şurasının ilk iclasına kifayət qədər diqqət yetirmədi. Araşdırmalara görə, Ermənistan Təhlükəsizlik Şurası yeni konstitusiya və yeni idarəetmə modeli şəraitində "müdafiə" sahəsində məcburi icraya tabe olan qərarların qəbul olunması səlahiyyətindən faydalanıb.

Qeyd edim ki, Ermənistanda müdafiə siyasətini təhlükəsizlik şurası hazırlamalıdır. Ən əsası düşmən ölkədə Təhlükəsizlik Şurasının ilk iclası mühüm bir vaxtda, Azərbaycannın hərbi parada hazırlığı ərəfəsində həyata keçirilirdi. Ermənistan hərbi-siyasi rəhbərləyinə də məlum idi ki, iyunun 26-da Azərbaycan silahlı qüvvələrinin 100 illiyi münasibəti ilə yeni hərbi vasitələr nümayiş etdiriləcək.

Paraddan öncə, bir sıra mühüm nailiyyətlər - Türkiyədən SOM qanadlı raketləri, İsraildən LORA uzun mənzilli raketləri və Belarusiyadan "Polonez" YARS-larının alınması açıqlandı. Bununla yanaşı, Azərbaycan müdafiə nazirliyinin davamlı olaraq həyata keçirdiyi təlimlər, o cümlədən Günnüt-Arpaçay istiqamətində keçirilən uğurlu əməliyyatlar düşməni qorxuya salmaya bilməzdi.

Bütün bunlar Ermənistanda qaçılmaz bir müharibə haqqında yeni bir müzakirə dalğasına səbəb olub. Realda, müharibənin qaçılmaz olması bir vəziyyətə bağlıdır: Ermənistanın Qarabağı hələ də işğal altında saxlaması.

Faktiki olaraq, Azərbaycan bu istiqamətdə müvəffəqiyyət perspektivinə malik olsa da, Ermənistan hələ də bu istiqamətdə gülünc balans siyasəti formalaşdırma axtarışındadır. Hazırda, region ölkələri arasında "Soyuq müharibə"yə bənzər yeni bir dönəmə təkan verilib. Lakin bu, isti bir müharibənin yaşanmayacağı anlamına gələ bilməz. Üstəlik, bu, Ermənistan rəhbərliyinin Qarabağla bağlı hər gün səsləndirdiyi təxribatçı bəyanatlar fonunda qaçılmazdır. Bütün bunlara görə, rəsmi Bakı Ermənistanı geridə qoymaq üçün sürəti artırmağa çalışır.

Apreldə aparılan dörd günlük döyüşlər zamanı, İrəvan uzun illər bölgədə qoruduğu status-kvonu itirdi, hərbi şantaj qabiliyyəti də daxil olmaqla, faktiki olaraq Qarabağa nəzarəti əldən buraxdı. Aprel döyüşlərindən sonra Sarkisyan hakimiyyətinin devrilməsi və yenicə hakimiyyətə gəlmiş Paşinyan kabinetinin Günnüt məğlubiyyəti isə "məxməri inqilab"ın heç də uğurlu gediş olmadığını sübut etdi.

Bu baxımdan, Ermənistan Təhlükəsizlik Şurasının keçirilməsi, orada müzakirə edilən "müdafiə" tədbirləri fonunda nələrin hazırlandığını hesablamağı bacarmalıyıq. Bu gün başlayan geniş miqyaslı təlimlərdən sonra da Paşinyanın TŞ-nin iclasını keçirəcəyi istisna edilmir. Bütün bunlar "Soyuq müharubə"nin önümüzdəki gələn aylarda isti fazaya keçəcəyindən xəbər verir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan     Parad  

Xəbər lenti

Ötən aydan çıxarış: Ermənistan TŞ-nin iclasında hərbi parad qorxusu - ANALİZ

2018/07/23_1530090464_1530534693.jpg
Oxunub: 2232     16:27     02 İyul 2018    