Videoda Azərbaycan Ordusunun erməni işğalçılarından kəndi azad etməsi, Sədərək istiqamətində irəliləyişlər, şərab zavodu və ona yaxın ərazilərin nəzarət altına alınması ətraflı olaraq təqdim edilib.
Təbii ki, nazirlik tərəfindən yayılan video görüntü, son zamanlar eməni KİV-ləri tərəfindən yayılan dezinformasiyalara cavab xarakteri daşıyırdı.
Buna qədər, Ermənistan tərəfi istər müdafiə naziri, istərsə də digər səlahiyyətli şəxslər səviyyəsində Azərbaycan Ordusunun öz ərazilərində irəliləməsini və mühəndis işləri aparmasını qeyd edirdi.
Hazırda Ermənistan tərəfi nə KTMT, nə də digər strukturlar çərçivəsində Naxçıvanda Azərbaycan Ordusunun irəliləməsini önə çıxara bilmir. Çünki bu zaman kifayət qədər suallar ortaya çıxa və Ermənistan tərəfinin 25 ildən artıq nə üçün özgə torpağında, digər ölkənin sərhədləri çərçivəsində otuması səsləndirilə bilər.
Bu baxımdan Ermənistan hökuməti hazırda bu kimi addımların virtualdan kənarda, əyani olaraq beynəlxalq təşkilatlar qarşısında qaldırılmasından böyük narahatlıq keçirir. Hərbi anlamda dövlət sərhədi çərçivəsində neytral ərazi anlayışı olmadığından qaldırılan bütün məsələlər əsassız olardı. Düşmənin bu istiqamətdə diplomatik aktivliyinin olmaması da məhz bununla əlaqədardır.
Və nəhayət... Ötən gün Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Günnüt zəfəri barədə açıqlamasında, strateji olaraq azad edilən bölgələrdən Laçın koridoruna nəzarət edilməsini vurğulaması düşmən ölkə cəmiyyətini silkələdi. Nəticədə Ermənistan Müdafiə nazirliyi, mətbuat katibi Artsrun Hovhannisyanın dili ilə mülki sakinləri təhddi edən ifadələr səsləndirdi: “Yeganə reallıq ondan ibarətdir ki, 25 ildir təhlükəsiz şəraitdə olan Azərbaycan tərəfinin təsərrüfat işçiləri və çobanları bundan sonra təhlükə qarşısındadırlar”.
Alpər Mövludoğlu
Ordu.az