Hovhannisyanın Günnütlə bağlı psixoloji problemləri yaranıb: İrəvan nəyi gizlədir?

2018/06/3456345_1527673424_1528724059.jpg
Oxunub: 4233     19:32     11 İyun 2018    
Ötən gün Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan açıqlamasında bildirib ki, cari ilin 6 və 7 iyun tarixlərində Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin komandanlığına müraciət edərək bəzi vətəndaşların Günnüt kəndinin cənub ətrafındakı qəbiristanlığa yaxınlaşmasına icazə verilməsini xahiş edib. Erməni tərəfi humanitar normalara sadiq qalaraq və daim gərginliyi azaltmaq üçün addımlar ataraq, dinc sakinlərin qəbiristanlığa qısa müddətə yaxınlaşmasına razılıq verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, istər erməni KİV-lərinin, istərsə də Artsrun Hovhannisyanın yaydığı məlumat əsassızdır.

"Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyanın sərsəm fikirlər səsləndirməsi ilk dəfə deyil. Onun yaydığı məlumatların heç bir əsası yoxdur və növbəti dəfə erməni cəmiyyətini aldatmağa istiqamətlənmiş cəfəngiyyatdır. Cəmiyyətimizi düşmənin təxribatçı məlumatlarına uymamağa çağırıq".

Maraqlıdır, illərdir həmin bölgəni işğal altında saxlayan bu "humanitar" tədürükçülər nədən indi, bu jesti edirlər. Bax bu məsələ hazırda bütün erməni cəmiyyətini düşündürür.

"Burada qeyri-adi bir şey görünmür, biz erməni humanitar aksiyasının növbəti təzahürü ilə rastlaşırıq. Ancaq humanizm, hətta birtərəfli təzahür olsa da, ən azı qarşı tərəfdən qiymətləndirilməlidir, əks halda bir yanlışlıq var və ya bəlkə də erməni tərəfi nəisə gizlədir. Azərbaycan mediası erməni hümanizmini deyil, onların ərazidə irəliləməsindən yazır. Azərbaycan mətbuatı 11 min hektar əraziyə nəzarətı ələ alması, İrəvan-Xankəndi yolunun nəzarət altına alma fürsəti qazandığını, eləcə də təxminən 50 kilometr yeni mühəndis infrastrukturunun yaradılmasını təmin etdiyindən yazır.

Etiraf etməliyik ki, erməni və Azərbaycan tərəfinin məlumatları tərkibinə görə kifayət qədər fərqlənir, belə olan halda tərəflərdən biri açıq aydın yalan danışır. Bizi erməni tərəfinin adekvat cavab verməməklə Azərbaycan tərəfinin iddialarını görməməzdən gəlməsi faktından narahatıq", - deyə 1in.am saytı yazır.

Hazırda düşmən cəmiyyəti Ordumuzun İrəvan-Xankəndi yolunu nəzarətə alması barədə səsləndirilən məlumatlardan qorxur və həyəcan keçirir.

İrəvandakı narahatlılqları aradan qaldırmaq üçün Hovhannisyan növbəti bəyanat dəfə bəyanat yaydı: "Hörmətli dostlar, narahat olanlar, "mütəxəssislər" və xüsusilə "vəzifələrimi" mənə izah edənlər, bir çoxlarınızla müvafiq orqanların məşğul olmalı olduğundan asılı olmayaraq, sizin və mətbuatın Günnut kəndinin yerləşdiyi ərazini, bir sıra mövqeləri və başqa halları görməyiniz üçün yaxın bir həftə ərzində Naxçıvan istiqamətinə səfər təşkil edəcəyimə söz verirəm. Ümid edirəm ki, ən azı bundan sonra evinizdə oturmaqla müqayisə etmək, nə etməli olduğumuzu bizə izah etmək və s. əməllərinizi dayandıracaqsınız".

Nəticədə, dünən bir qrup erməni ekspertlər, bloqerlər və jurnalistlər Ermənistan ordusunun zabitlərinin müşayiəti altında Ermənistan-Naxçıvan sərhəddindəki ön xətt mövqelərində oldular.

Amma maraqlıdır heç kim Hovhannisyana sual etmədi ki, 30 may tarixində erməni jurnalistin "Bəs yeni mövqelərin peyda olduğu doğrudur?" sualına Hovhannisyan niyə bu şəkildə cavab verib: "Mən bir söz deyə bilmərəm, Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir".

Görəsən, erməni jurnalistlərin bölgəyə gəlişini təşkil edən Hovhannisyan mövqelərini nədən geri çəkdiyini və yeni mövqelərdən müşahidə apardığını izah edə bilərmi? Qeyd edək ki, erməni mövqeləri məhz tərk edilmiş Günnüt kəndi ərazisində yerləşirdi və əgər Günnüt işğaldan azad edilməyibsə, düşmən öz mövqelərini nədən başqa istiqamətə doğru geri çəkib. Təbii ki, bu kimi suallara cavab verəmək ağırdır, nəinki şəkil çəkdirmək...

"Narahat doğuran məsələ burasındadır ki, Ermənistan rəhbərliyi sərhəddin bu hissəsində baş verən hadisələr barədə ətraflı məlumat vermir. Doğrudanmı, azərbaycanlıların yalan məlumatı ilə qarşılaşmışıq? Əgər belədirsə, nə üçün Ermənistan Müdafiə Nazirliyi bunu faktlarla söykənmiş halda sübutlarla inkar etmir. Hazırda ən azı narahatlıq və gərginliyə əsas verən bir çox suallar var, demək olar ki, heç bir cavab yoxdur", - deyə 1in.am saytının redaktoru Hovhannisyanın məlumatlarına inanmadığını qeyd edir.

İndi isə iyunun 1-də hökumət iclasından sonra Ermənistan müdafiə naziri Davit Tonoyanın məsələ ilə bağlı mövqeyini xatırladaq.

"Azərbaycan öz ərazisində müəyyən yerdəyişmələr edir və bunu hamı dərk etməlidir. Bu, Azərbaycanın Naxçıvan muxtar respublikasının ərazisidir", - deyə Tonoyan etiraf edib.

Jurnalistlərin "vəziyyətlə əlaqədar KTMT-ni məlumatlandırmağa zərurət yoxdurmu?" sualına Tonoyan bu şəkildə cavab verib: "Hazırki məqamda heç bir müdaxiləyə zərurət yoxdur. Mən hesab edirəm ki, vəziyyəti ayıq-sayıq qiymətləndirmək lazımdır, indiki məqamda müdafiə nazirliyi heç bir problem görmür. KTMT-nin cəlb edilməsi məsləsinə ümumiyyətlə ehtiyac yoxdur" .

Əslində Tonoyanın verdiyi bəyanatlar bu gün, sabah və ümumiyyətlə bundan sonra Günnütlə bağlı səsləndiriləcək bəyanatlara gözəl cavabdır. Tonoyanın öz dilindən işğalçı olduğunu etiraf etməsi fonunda, Hovhannisyanın "Günnüt şousu" həqiqətən cılız və qeyri-peşəkar görsənir.

Ordu.az

Teqlər: Günnüt   Azərbaycan-Ordusu  

Xəbər lenti

Hovhannisyanın Günnütlə bağlı psixoloji problemləri yaranıb: İrəvan nəyi gizlədir?

2018/06/3456345_1527673424_1528724059.jpg
Oxunub: 4234     19:32     11 İyun 2018    