Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
“İrana dair məhsuldar diskussiya baş tutdu. 2015-ci ilin nüvə müqaviləsi regionda sülh və təhlükəsizliyin mühüm elementidir və biz ABŞ-ın qərarından asılı olmayaraq onu dəstəkləmək qərarına gəldik. Biz təşkilatlarımıza İranda qalmağa imkan verən siyasi tədbirlər görməyə söz verdik”, - deyə Makron bildirib.
O qeyd edib ki, İranla nüvə müqaviləsinin genişləndirilməsi və tamamlanması zəruridir, bu, İranın regiondakı rolu məsələsinə dair problemləri də aradan qaldıracaq.
Ağalar Qəribov
Ordu.az