Ordu.az “India Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda Hindistan Silahlı Qüvvələrinn silahlanmasında olan “Sangarika” K-15 ballistik raketi sualtı bazalıdır. Bu raket nüvə döyüş başlığını 750 kilometr məsafəyə çatdırmağa qadirdir.
Qeyd edək ki, bu tip raketlərin əsas daşıyıcısı Hindistan Hərbi Dəniz Qüvvələrinin INS “Arihant” sualtı atom gəmisidir.
Ağalar Qəribov
Ordu.az