Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, “Maadi” 1954-cü ildə qumbaraatanlar, pistollar və pulemyotların istehsalı üçün qurulub.
Hazırda 1400 işçisi olan firma tibbi cihazlar, elektrik ləvazimatları və digər şeylər də istehsal etməyə başlayıb.
61 yaşlı Əbdül Məcid bildirib ki, şirkətin hazırda 495 milyon Misir funtu dəyərində sifariş aldığını və müxtəlif layihələr üzərində işlədiyini bildirib.
“Maadi” Misir prezidenti Sisinin dövründə çiçəklənmə dövrünü yaşayan onlarla kompaniyadan sadəcə biridir. Ordunun 51% səhmlərinə rəhbərlik etdiyi başqa bir şirkət isə 45 milyard dollarlıq istehsal həyata keçirib.
Son illərin nəticəsi ölkənin hərbi istehsal göstəricilərinin kəskin şəkildə artdığını göstərir. Bu isə öz növbəsində ölkənin ÜDM-də də müsbət rol oynayır.
Ağalar Ağalarlı
Ordu.az