Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan hərbi mənbə bildirib.
“Ötən həftənin cümə günü başlayan “Max Thunder” təlimlərində ABŞ-ın F-22 gizli qırıcıları artıq iştirak edib, lakin B-52-lər hələlik müşahidə edilməyib. Ümumiyyətlə bu təyyarələrin təlimlərə qaatılmayacağı bildirilir”, - deyə mənbə xəbər verib.
Qeyd edək ki, Şimali Koreya B-52-lərin Cənubi Koreyaya yerləşdirilməsindən narahatlığını daha öncə dilə gətirib. Onların bu təlimlərdə iştirak etməməsinə bunun səbəb ola biləcəyi iddia edilir.
Ağalar Ağalarlı
Ordu.az