Ordu.az “South China Mornings” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin nümayəndəsi Şen Jinke bəyan edib.
“Qırıcının sınaqdan keçirilməsi hava qüvvələrinin ölkənin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etməsinə böyük yardım göstərəcək”, - deyə Jinke bildirib.
O qeyd edib ki, J-20 qırıcısı Çinin ən güclü təyyarəsidir və onun J-16, J-10C kimi qırıclarla müqayisəsi də bunu sübut edir.
Ağalar Qəribov
Ordu.az