Ordu.az “N+1” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri komandanlığından olan mənbələr məlumat yayıb.
Məlumata görə, yeni lazerlər özünümüdafiə, digər təyyarələr və yerüstü hədəflərin məhvi təyinatlıdır, həmçinin “qeyri-məhdud” döyüş sursatı ilə silahlanaraq bir atış üçün çox aşağı xərc tələb edir.
Daha öncə verilən məlumatlarda qeyd edilirdi ki, yeni silahlar F-15 “Eagle” qırıcılarına quraşdırılacaq və onların gücü 50 kilovatta çatacaq.
Ağalar Qəribov
Ordu.az